Kürd müxalifəti heç bir ölkənin tələbi ilə Tehrana qarşı silahlı münaqişəyə girmək niyyətində deyil. Bu barədə İranın müxalifət Kürdüstan Azadlıq Partiyasının sözçüsü Xəlil Nadiri ” Əl-Cəzirə” yə verdiyi açıqlamada bildirib.
“Əgər müharibədə iştirak etmək istəyiriksə, bu, heç bir ölkənin istəyi və ya çağırışı ilə olmayacaq”, – deyə o bildirib. Nadiri həmçinin kürd müxalifətinin əsas qüvvəsinin İranda yerləşdiyini vurğulayıb. “On minlərlə döyüşçümüz İranın Kürdüstan bölgəsində yerləşdirilib”, – deyə o bildirib. Buna görə də, o əlavə edib ki, münaqişədə iştirak İraq Kürdüstanından qüvvələrin köçürülməsi ilə şərtləndirilmir. (Tass)
