İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağında keçirilən hücumda Fələstin İslam Cihad qrupunun bir döyüşçüsünü öldürdüyünü açıqladı. O, 7 oktyabr 2023-cü ildə İsrail ərazisinə hücumda və israillilərin qaçırılmasında iştirak edib.
“İsrail Müdafiə Qüvvələri (İMQ) 7 oktyabr qırğını zamanı İsrail ərazisinə soxulan və İsrail mülki şəxslərini qaçıraraq girov saxlayan İslam Cihadı terrorçusu Zahir Brahim Xəlil Əbu Salemi öldürüb”, – deyə açıqlamada bildirilir.
“Əbu Salem Qəzza zolağında fəaliyyət göstərən İsrail Müdafiə Qüvvələri üçün təhlükə yaratdı və hava hücumunda öldürüldü”, – deyə nazirlik aydınlaşdırıb. (Tass)
