İyun 30, 2026-8:26
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

AMB rəsmisi: “Statik QR kodların tətbiqi növbəti mərhələdə gözlənilir”

2026:06:29 - 12:27
in İQTİSADİYYAT
A A
QR ödənişlərini dəstəkləyən POS-terminaların sayı 100 mini ötüb.

“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və məhsullarının inklüzivliyi departamentinin direktor müavini Ramil Mahmudov “Azərbaycanın rəqəmsal maliyyə gündəliyi” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, ümumilikdə, AMB tərəfindən maliyyə inklüzivliyinin artırılması və maliyyə texnologiyalarının inkişafı istiqamətində ardıcıl işlər həyata keçirilir: “Bu sahədə fintexlər üçün xüsusi əhəmiyyət kəsb edən layihələrdən biri də açıq bankçılıq təşəbbüsüdür. Layihənin növbəti mərhələsinə gəldikdə isə, hazırda bir strateji dövr başa çatır və yeni mərhələnin üzərində iş aparılır. Bu çərçivədə açıq bankçılıq modelinin daha da genişləndirilərək açıq maliyyə (open finance) konsepsiyasına keçidi nəzərdə tutulur”.

R. Mahmudov bildirib ki, ödəniş infrastrukturu baxımından isə son dövrdə ani ödəniş sistemlərinin texniki və proqram təminatı infrastrukturunun təkmilləşdirilməsi, dayanıqlılığının artırılması və əməliyyat həcminin genişləndirilməsi istiqamətində mühüm işlər görülüb. sistem üzrə dövriyyə dəfələrlə artıb: “Bu artım bir tərəfdən sevindirici göstəricidir, digər tərəfdən isə sistemlərin fasiləsiz və dayanıqlı fəaliyyətinin təmin olunması baxımından Mərkəzi Bankın üzərinə əlavə məsuliyyət qoyur. Burada əsas prioritet ödəyicilərin və istifadəçilərin etimadının qorunmasıdır. Ötən il qanunvericiliyə edilən dəyişikliklər nəticəsində “Ani Pay” sistemi bazara təqdim olunub. Hazırda ölkədə fəaliyyət göstərən 100 mindən çox POS-terminal artıq QR ödənişlərini dəstəkləyir. Bu, bazarda həm fintexlərin aktiv şəkildə istifadə edə biləcəyi, həm də daha aşağı xərc tələb edən yeni ödəniş həllinin formalaşdığını göstərir. Nəticədə sahibkarlar daha sərfəli şərtlərlə ödəniş qəbul etmək imkanı əldə edir, ödəyicilər isə ölkə qanunvericiliyinə və yerli bazarın tələblərinə uyğun müasir ödəniş alətindən istifadə edə bilirlər”.

O qeyd edib ki, Azərbaycanda statik QR-ların tətbiqi gözlənilir: “Bu gün dünyada ənənəvi kart ödənişlərinin üstünlük təşkil etdiyi ölkələrdə belə QR ödənişlərinin tətbiqi və genişləndirilməsi aktiv şəkildə davam edir: “Bunun əsas səbəbi isə bu alətin maliyyə baxımından daha əlçatan və aşağı xərcli olmasıdır. Xüsusilə stiker əsaslı statik QR-ların tətbiqinin növbəti mərhələdə həyata keçirilməsi gözlənilir. İlk mərhələdə bazara dinamik QR həlləri təqdim olunub, növbəti mərhələdə isə statik QR-ların tətbiqi nəzərdə tutulur. Bu, ölkənin ən ucqar nöqtələrində belə nağdsız ödənişlərin qəbuluna imkan yaradacaq. Nəticədə dövriyyədə olan nağd pula tələbat azalacaq, eyni zamanda cəmiyyətdə nağdsız ödəniş vərdişlərinin formalaşmasına mühüm töhfə veriləcək”.

R. Mahmudovun fikrincə, digər mühüm istiqamətlərdən biri də hesabdan-hesaba ödənişlərin təşviqidir: “Hazırda bazarda kartdan-karta köçürmələr geniş yayılıb və vətəndaşlar bunu rahat ödəniş vasitəsi kimi qəbul edirlər. Lakin əsas məqsəd istifadəçiləri kartlardan daha çox bank hesablarından istifadə etməyə təşviq etmək və hesabdan-hesaba ödəniş mədəniyyətini formalaşdırmaqdır. Bu yanaşma həm banklar, həm də müştərilər üçün daha əlçatan və operativ hesab olunur. Xüsusilə ani ödəniş sistemi vasitəsilə həyata keçirilən əməliyyatlarda vəsait dərhal qarşı tərəfin hesabına köçürülür. Sahibkarlar üçün də bu mexanizm əlavə üstünlüklər yaradır. Kart ödənişləri ilə müqayisədə vəsaiti dərhal əldə etmək imkanı yaranır. Bu imkanların bazarda daha geniş tətbiqi istiqamətində aktiv işlərin aparılması nəzərdə tutulur”

Əvvəlki Yazı

Le Monde: Burkina Faso hakimiyyəti Fransaya səfirliyini bağlamaq üçün bir həftə vaxt verib

Növbəti Yazı

İsrail Müdafiə Qüvvələri Qəzzada İslam Cihadı üzvünün məhv edildiyini açıqlayıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.