İsrail ordusu Livanın bir neçə bölgəsində şiə təşkilatı Hizbullaha məxsus silah anbarlarının yeni bir sıra zərbələrin hədəfi olduğunu bildirib.
İsrail Müdafiə Qüvvələrinin sözçü ofisinin açıqlamasında deyilir: “Cənubi Livanda İsrail Müdafiə Qüvvələri (İMQ) İsrailə qarşı terror hücumları hazırlamaq üçün istifadə edilən bir neçə Hizbullah silah anbarına və digər terror hədəflərinə zərbələr endirib. Başqa bir hücum seriyasında İMQ yeraltı Hizbullah silah anbarını hədəf alıb”.
Departament qeyd edib ki, “Hizbullah radikallarının hücuma məruz qalan ərazilərdəki fəaliyyəti İsrail və Livan arasında atəşkəs razılaşmasının pozulmasıdır”. Mətbuat xidməti əlavə edib ki, “hücumlardan əvvəl mülki şəxslərə potensial zərəri minimuma endirmək üçün addımlar atılıb”. (Tass)
