İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ prezidenti Donald Trampdan İrana hücum planlarını təxirə salmasını istəyib. Bu barədə mənbələr The New York Times (NYT) qəzetinə bildiriblər.
Məlumata görə, Netanyahu Amerika prezidenti ilə 14 yanvarda danışıb. Qəzet iddia edir ki, Trampın İrandakı gərginliyin azaldılması ilə bağlı “çox vacib mənbələrdən” məlumat aldığı barədə həmin gün verdiyi iddia, onun respublikaya potensial hücumdan imtina etdiyini göstərir. (Tass)
