İyun 30, 2026-0:56
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

İsraildə “Azərbaycan yəhudiliyinin çiçəklənməsi” adlı kitabın təqdimatı olub

2025:09:18 - 16:50
in SİYASƏT
A A

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, İsraildə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salmanın və “Azİz – İsrail və Azərbaycan Xalqlararası Əlaqə” Assosiasiyasının təşkilatçılığı ilə nəşr edilən “Azərbaycan yəhudiliyinin çiçəklənməsi” (“Расцвет еврейства Азербайджана”) adlı kitabın təqdimatı olub.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, təqdimat mərasimi Azərbaycanın İsraildəki səfirliyində baş tutub.

Kitabda Ümummilli Lider Heydər Əliyevin həm Sovet hakimiyyəti dövründə, həm də Azərbaycanın müstəqillik illərində yürütdüyü uğurlu siyasət nəticəsində ölkənin yəhudi icmasının ictimai, elmi və mədəni həyatdakı fəaliyyətindən geniş şəkildə bəhs olunub. Nəşrdə, həmçinin Azərbaycandakı yəhudi ziyalıların bioqrafik məlumatları toplanıb.

Əsərin müəllifi Yeganə Salman layihənin əhəmiyyətindən danışaraq, kitabın ilk dəfə iki il əvvəl İsraildə çapdan çıxdığını və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edildiyini bildirib.

Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov Azərbaycan və yəhudi xalqları arasında əsrlər boyu mövcud olan dostluq və qarşılıqlı hörmət münasibətlərinə diqqət çəkib. O, tolerantlıq və multikultural dəyərlərin Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olduğunu, bu ənənələrin ölkəmizin müxtəlif millətlərin və dinlərin nümayəndələri üçün doğma vətənə çevrilməsinə zəmin yaratdığını vurğulayıb.

Tədbirin sonunda Azərbaycandakı yəhudilərin tarixi haqqında videoçarx nümayiş olunub.

Əvvəlki Yazı

Counz Robert Qəri “Şöhrət” ordeni ilə təltif edildi

Növbəti Yazı

Memar Əcəmi Naxçıvaninin abidəsi ucaldılacaq- SƏRƏNCAM

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.