16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Memar Əcəmi Naxçıvaninin abidəsi ucaldılacaq- SƏRƏNCAM

Orta əsrlər Azərbaycan memarlığının inkişafında müstəsna yeri olan qüdrətli sənətkar Əcəmi Naxçıvaninin xatirəsinin əbədiləşdirilməsi məqsədilə abidəsi ucaldılıcaq.

Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncama imzalayıb.

Sərəncam bildirilir:

“1. Naxçıvan şəhərində görkəmli memar Əcəmi Naxçıvaninin abidəsi ucaldılsın.

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.