Şimali Koreyanın dövlət başçısı Kim Çen In bəyan edib ki, Pxenyan həmişə Moskvanın yanında olacaq. Onun sözlərini Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) sitat gətirib.
Oktyabrın 23-də Kim Çen In Kursk bölgəsini azad edən Koreya Xalq Ordusunun əsgərlərinin şərəfinə muzeyin təməlqoyma mərasimində çıxış edib. “Tarixin sərt təlatümləri ilə Koreya-Rusiya dostluğu öz əbədi canlılığını qazandı, gücü sınandı. İndi o, öz zirvəsinə çatıb”, – Kim Çen In bildirib.
O, ölkələr arasında dostluğu “ümumi sərvət” adlandıraraq, hegemonluğa və despotizmə can atan qüvvələrin “qanlı döyüşlərdə daha da birləşən KXDR ilə Rusiya arasında münasibətlərin inkişafını dayandıra bilməyəcəklərinə” əmin olduğunu bildirib.
“Pxenyan həmişə Moskvanın yanında olacaq. Bizim dostluğumuz və birliyimiz əbədi olacaq”, – Kim Çen In deyib. Mərasimdə Rusiyanın Pxenyandakı səfiri Aleksandr Matseqora iştirak edib. “Yaşasın qəhrəman ordumuz! Yaşasın qırılmaz Koreya-Rusiya dostluğu!” Şimali Koreya lideri çıxışını yekunlaşdırıb.
