Kolumbiya silahlı qüvvələri Rusiyanın Mi-17 çoxməqsədli nəqliyyat helikopterlərinə texniki qulluq göstərilmədiyi üçün irimiqyaslı əməliyyatlar keçirmək imkanını itirib. Bunu Kolumbiya lideri Qustavo Petro ABŞ rəhbərliyini Rusiya şirkətlərinin müntəzəm texniki xidmətini pozmaqda günahlandırıb.
Onun sözlərinə görə, Ukraynada münaqişə başlayandan ABŞ-ın hərəkətləri ucbatından vertolyotlar Rusiya şirkətlərindən texniki xidmətsiz qalıb. “Nəticədə ordu indi genişmiqyaslı əməliyyatlar aparmaq qabiliyyətini itirib”, o, Noticias Caracol televiziya kanalı tərəfindən yayımlanan mətbuat konfransı zamanı qeyd edib.
