ABŞ Senatının bir qrup üzvü Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı qanun layihəsinin qəbul edilməsi üçün Ağ Evlə razılığa gəldiklərini açıqladılar. Bu barədə həm hakim Respublikaçılar Partiyasını, həm də müxalifətdəki Demokrat Partiyasını təmsil edən senatorlar Janna Şahin, Riçard Blumental, Rocer Viker və Lindsi Qraham tərəfindən yazılı bəyanat yayılıb.
Senatorlar iddia edirlər ki, “Tramp administrasiyası ilə Rusiyaya qarşı yenilənmiş sanksiyalar qanun layihəsini irəli sürmək barədə razılığa gəliblər”. Onlar “bu qanunvericiliyi çox tezliklə təqdim etməyi” gözlədiklərini vurğulayıblar. (Tass)
