Əbu-Dabidə Ukrayna münaqişəsinin həlli üzrə üçtərəfli qrupun işi davam edəcək və Kreml birbaşa əlaqələrin başlanmasını alqışlayır. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
Kremlin sözçüsü qeyd edib ki, “Əlbəttə ki, iş gedir. Birbaşa təmaslarla başlaması yaxşıdır. Bunlar ekspert səviyyəsində başlayan çox mürəkkəb danışıqlardır. Bildiyiniz kimi, onların davam etdirilməsi üçün razılaşmalar əldə edilib və iş davam edəcək”. (Tass)
