Suriyada rəhbərliyin dəyişməsindən sonra Moskva və Dəməşq arasında əməkdaşlıq fəal şəkildə inkişaf edir. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinlə Suriyanın keçid prezidenti Əhməd əl-Şara arasında görüşdən əvvəl bildirib.
Kremlin sözçüsü qeyd edib ki, “Suriya Ərəb Respublikası ilə münasibətlər liderlik dəyişikliyindən sonra fəal şəkildə inkişaf edir”.
Beləliklə, onun sözlərinə görə, ötən il əş-Şaraanın Moskvaya əvvəlki səfərindən sonra ticarət-iqtisadi əməkdaşlığın inkişafı üzrə Rusiya-Suriya hökumətlərarası komissiyasının iclası keçirilib.
