Kreml dron hücumları ilə mübarizə üçün bəzi bölgələrdə mobil internetin bağlanmasını tamamilə haqlı sayır. Bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Yalnız mütəxəssislər və bizim müvafiq qurumlar əsaslı qiymətləndirmə verə bilər və verməlidir. Güman edirik ki, təhlükəsizliyin təmin edilməsinə cavabdeh olan təhlükəsizlik orqanlarımız bunu məqsədəuyğun hesab edir. Və təhlükəsizliyin təmin edilməsi üçün belə tədbirlərin görülməsini tamamilə əsaslı və zəruri hesab edirik”, – o, Kremlin bu tədbiri effektiv hesab edib-etməməsi ilə bağlı suala cavabında deyib. (Tass)
