KTMT-yə üzv bir neçə ölkə kibertəhlükəsizlik təlimlərinin keçirilməsi və kiber qoşunların yaradılması imkanlarını araşdırmaq təklifi ilə çıxış edib. Bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Taalətbek Masadıkov təşkilatın Müdafiə Nazirləri Şurasının iclasından sonra bildirib.
“Bəzi ölkələrdə kibertəhlükəsizlik təlimlərinin keçirilməsi imkanlarını nəzərdən keçirmək təklifi irəli sürüldü və hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üçün kiber qoşunların yaradılması potensialı barədə də söhbətlər oldu”, – deyə Masadıkov bildirib. (Tass)
