Latviya hökuməti avqustun 4-də keçiriləcək iclasda Belarusla sərhəddə fəaliyyət göstərən yeganə nəzarət-buraxılış məntəqəsi olan Paterniekinin gələcəyini nəzərdən keçirəcək. Bu barədə Baltikyanı respublikanın baş naziri Andris Kulberqsə istinadən Delfi portalı məlumat yayıb.
Nazirlər Kabineti rəhbərinin sözlərinə görə, “dövlət təhlükəsizliyi gücləndirmək və qanunsuz miqrasiyanın təzyiqini azaltmaq üçün bütün mövcud həllərdən istifadə etməlidir”. O qeyd edib ki, konkret tədbirlərin dövlət sərhədinə və infrastrukturuna düşən yükü azaltmağa kömək edib-etmədiyini qiymətləndirmək lazımdır.
