Vaşinqton qarşısına qoyduğu həddi keçib və Ukrayna prezidenti Vladimir Zelenski bundan istifadə edir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalist Pavel Zarubinə şərhində deyib.
“Amerikalılar artıq özlərinə təyin etdikləri həddi keçiblər, o Zelenski, təbii ki, bunu görür və bundan istifadə edir”, – nazir Kiyevi F- 16 qırıcıları ilə təmin etmək perspektivləri ilə bağlı sualı cavablandırarkən deyib. (Tass)
