ABŞ-ın Alyaskada Rusiya ilə əldə edilən razılaşmaları irəli sürməməsi Rusiya tərəfi üçün problem deyil. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubionun ABŞ-ın Ukrayna danışıqlar prosesindən çıxa biləcəyi ilə bağlı son açıqlamalarını şərh edərkən bildirib.
Nazir “Vesti”nin jurnalisti Pavel Zarubinə bildirib ki, “Amerika tərəfi adından danışa bilmərik. Biz mövqeyimizi bir daha təkrarlayırıq, yəni Prezident Putin ötən avqust ayında Alyaskada Prezident Trampın təklifini qəbul edib. Bununla kifayətlənirəm, çünki qalan hər şey qarşı tərəfdən asılıdır ” .
Lavrov vurğulayıb ki, “Əgər amerikalı həmkarlarımız bu razılaşmanı irəli aparmaq imkanlarının olmadığını düşünürlərsə, bu, bizim problemimiz deyil”.
