Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla Alyaskada keçirilən görüşdə Trampın təklifini qəbul edib və danışıqların qalan hissəsi digər tərəfə həvalə edilib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın iştirakı olmadan danışıqların perspektivləri ilə bağlı suala cavab olaraq bunu bildirib.
Nazir “Vesti”nin jurnalisti Pavel Zarubinə bildirib ki, “Ötən ilin avqust ayında Alyaskada Prezident Putin Prezident Trampın təklifini qəbul etdi. Bununla kifayətlənirəm, çünki qalan hər şey qarşı tərəfdən asılıdır”.
