Mərakeş kralı VI Məhəmməd yaxın günlərdə Afrikanın Aralıq dənizi sahilindəki Seuta muxtar şəhərindən bir neçə kilometr aralıda yerləşən Fnidek şəhərinə səfər edəcək. Bu barədə The Maghreb Times xəbər portalı məlumat yayıb.
Portalın məlumatına görə, Fnidekdə “kralın gələn bazar ertəsi, 24 avqust səfəri ərəfəsində” hazırlıqlar aparılır. Bu səfər ən vacib müsəlman bayramlarından biri olan Məhəmməd Peyğəmbərin doğum günü ilə üst-üstə düşür. Paytaxt Rabatdan bir nümayəndə heyəti artıq monarxın gəlişi üçün “şəhərin əsas məscidini hazırlamaq və ətraf ərazini təmizləmək” üçün şəhərə gəlib.
“The Maghreb Times” qəzetinin əlavə etdiyi kimi, kralın gözlənilən səfəri qanunsuz immiqrantların Seuta şəhərinə çatmaq cəhdlərindən sonra “şəhər üçün xüsusi şərtlər daxilində” baş tutacaq. Bildirilir ki, kralın səfəri “güclü simvolik çalarlara malik olacaq” və şəhər sakinlərinə əhəmiyyətli mənəvi dəstək verəcək.
