Əgər radikal solçular noyabr ayında keçiriləcək aralıq konqres seçkilərində qalib gəlsələr, ABŞ məğlub olacaq. Bu fikri amerikalı sahibkar Elon Mask 1 yanvarda bildirib.
O, X səhifəsində yazıb: “Radikal solçular qalib gələrsə, Amerika bitdi. Onlar qanunsuz immiqrasiya və saxtakarlığa qapı açacaqlar. Artıq Amerika olmayacaq”.
Milyarder bu şərhi Respublikaçılar Partiyasına noyabr seçkilərində qalib gəlməsi və ABŞ Konqresinin hər iki palatası üzərində nəzarəti saxlaması üçün maliyyə dəstəyi verdiyi barədə xəbərlərə cavab olaraq verib. (Tass)
