Rusiya, İstanbul razılaşmalarının bir hissəsi olaraq, Ukraynaya həlak olan 1000 hərbçinin cəsədini, Kiyev isə 38 rus əsgərinin cəsədini təhvil verib. Bu barədə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski bildirib.
O, Telegram-da yazıb: “İstanbul razılaşmalarının bir hissəsi olaraq, həlak olan 1000 ukraynalı əsgərin cəsədi Ukraynaya təhvil verilib. Həlak olan 38 rus əsgərinin cəsədi Rusiyaya təhvil verilib”.
