Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov hesab edir ki, İranla bağlı danışıqlar potensialı tükənməyib və güc tətbiqi regionda yalnız xaos yaradacaq. O, bu fikri brifinqdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Aydındır ki, danışıqlar potensialı hələ tükənməyib və təbii ki, hələ tükənmədiyini nəzərə alsaq, ilk növbədə danışıqlar mexanizmlərinə diqqət yetirməliyik. İstənilən güc tətbiqi yalnız bölgədə xaos yarada və bütün bölgədə təhlükəsizlik sistemlərinin qeyri-sabitliyi baxımından çox təhlükəli nəticələrə gətirib çıxara bilər”, – deyə o xəbərdarlıq edib.
