İyul 14, 2026-4:11
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

MEK-də “Xaqani Şirvani – 900” adlı virtual sərgi hazırlanıb

2026:07:13 - 18:00
in SOSİAL
A A

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi Xaqani Şirvaninin anadan olmasının 900 illiyi münasibətilə “Xaqani Şirvani – 900” adlı virtual sərgi hazırlanıb.

Bu barədə AZƏRTAC-a Mərkəzi Elmi Kitabxanadan bildirilib.

Virtual sərgi Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 28 yanvar tarixli “Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası çərçivəsində ərsəyə gətirilib. Sərgidə Xaqani Şirvaninin həyat yolu, zəngin yaradıcılığı, əsərlərindən seçilmiş nümunələr, sənədli film, şairin müxtəlif dövrlərdə yaradılmış portretləri, Azərbaycanda və xaricdə ucaldılmış abidələri, eləcə də adının əbədiləşdirilməsi ilə bağlı materiallar təqdim olunur. Burada, həmçinin Xaqani Şirvaninin ədəbi irsi, ictimai-fəlsəfi görüşləri və Azərbaycan poeziyasının inkişafındakı müstəsna xidmətlərini əks etdirən məlumatlar yer alıb. Sərgidə dahi şairin həyatı və yaradıcılığına dair MEK-in fondlarında mühafizə olunan Azərbaycan və rus dillərində nəşr edilmiş kitablar, monoqrafiyalar, elmi tədqiqatlar, biblioqrafik göstəricilər və digər qiymətli mənbələr nümayiş etdirilir.

Bundan əlavə, MEK-in sərgi salonunda ənənəvi kitab sərgisi də təşkil edilib. İlboyu davam edəcək sərgi geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Nəşrlərdən elmi işçilər, tələbələr, həmçinin Xaqani Şirvaninin həyatı və yaradıcılığı ilə maraqlanan oxucular faydalana bilərlər.

Əvvəlki Yazı

Prezident İlham Əliyev Şuşada dövlətin siyasi prioritetlərini və sülh strategiyasını ortaya qoydu

Növbəti Yazı

Yəmən respublikanın bütün hava limanlarında fəaliyyətini bərpa edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.