İtaliyanın Baş naziri Corciya Meloni ABŞ prezidentinin Papa XIV Leoya ünvanladığı sərt sözləri qəbuledilməz adlandırıb.
Meloni mətbuat ofisi tərəfindən yayımlanan açıqlamada bildirib ki, “Prezident Trampın Müqəddəs Ata haqqındakı şərhlərini qəbuledilməz hesab edirəm. Papa Katolik Kilsəsinin rəhbəridir və onun sülhə çağırması və hər hansı bir müharibə formasını pisləməsi tamamilə təbiidir”.
Daha əvvəl, XIV Leonun müharibə əleyhinə açıqlamalarından sonra Amerika lideri “Truth Social”da yazıb ki, “bu Papa cinayətkarlıq və xarici siyasət məsələlərində zəifdir”. Tramp iddia edirdi ki, onun prezidentliyi olmasaydı, amerikalı papa seçilməzdi. (Tass)
