Aprel 18, 2026-18:59
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Milli Kitabxanada Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş ənənəvi kitab sərgisi açılıb

2026:03:31 - 12:42
in SOSİAL
A A

Milli Kitabxanada “31 mart – Tarixi yaddaşımızdan silinməyən soyqırım” adlı virtual sərgi, “31 mart – Azərbaycanlıların Sоyqırımı Günü” adlı elektron məlumat bazası və eyniadlı geniş ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Azərbaycanlılara qarşı törədilmiş qanlı faciə – 31 mart soyqırımı haqqında rəsmi sənədlər, erməni-daşnak silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri əks etdirən fotoşəkillər, azğınlaşmış erməni-bolşevik silahlı dəstələri tərəfindən Bakı, Şamaxı şəhərləri və Şamaxı, Göyçay, Cavad qəzalarının kəndlərində on minlərlə dinc azərbaycanlı əhalinin qətlə yetirilməsi və s. dəhşətli faciədən bəhs edən dövri mətbuatda çap olunan məqalələr, Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

Elektron məlumat bazasında sistemləşdirilmiş tammətnli resurslar “Unudulmaz faciə”, “Rəsmi sənədlər”, “Soyqırım haqqında fikirlər”, “Hadisələrin gedişi”, “Siyasi-hüquqi qiymətləndirmə”, “Kütləvi repressiyaların qanlı tarixi”, “Kitablar”, “Məqalələr”, “Filmoqrafiya” və “Soyqırım yaddaşlarda” bölmələrində onlayn istifadəçilərə təqdim edilir.

Ənənəvi kitab sərgisi bir həftə davam edəcək.

Əvvəlki Yazı

Ordubadda qaya uçqunu olub

Növbəti Yazı

Milli Xalça Muzeyində növbəti sərgi- “Yaddaşa həkk olunan təsvir”

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.