Aprel 18, 2026-18:57
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Milli Xalça Muzeyində növbəti sərgi- “Yaddaşa həkk olunan təsvir”

2026:03:31 - 12:43
in MƏDƏNİYYƏT
A A

Aprelin 15-də Azərbaycan Milli Xalça Muzeyində multidissiplinar rəssam Mədinənin “Yaddaşa həkk olunan təsvir” adlı fərdi sərgisi açılacaq.

Muzeydən AZƏRTAC-a bildirilib ki, ekspozisiyada rəssamın özünəməxsus vizual dili və yaradıcılıq metodunu əks etdirən, yağlı və akril boya, mozaika, vitraj, rəqəmsal incəsənət və xalçaçılıq texnikalarında işlənmiş əsərləri nümayiş olunacaq.

Sərgi Mədinənin yaradıcılığında həssaslıqla daxili gücün vəhdətini, sağ qalmaq uğrunda mübarizənin insanı yenilənməyə aparan transformativ potensialını üzə çıxarır. Layihə çərçivəsində eyni obraz müxtəlif formalarda təcəssüm edir – rəngkarlıqdan rəqəmsal müstəviyə keçir, daha sonra vitraj, mozaika və ya xalça kimi maddi daşıyıcılarda yeni məna qazanır. Beləliklə, obraz sabit çərçivədə qalmır, transformasiya olunaraq fərqli materiallarda həyatını davam etdirir.

Ekspozisiyanın daxili ritmini formalaşdıran təkrarlanan motivlər – fəsillərin dəyişməsi, gül kompozisiyaları, qadın və kişi portretləri, Bakının şəhər mənzərələri və abstrakt formalar müxtəlif material və texnikalarda təqdim olunaraq vizual, emosional, immersiv mühit yaradır.

Burada xalçatoxuma prosesinin səsyazması əsasında sərgi üçün xüsusi hazırlanmış səs instalyasiyası təqdim olunur. Kompozisiyanın əsasını ustaların iş ritmi təşkil edir və bu ritm tamaşaçını ənənə ilə canlı təmas nöqtəsinə gətirir. Ekspozisiyanı Nose parfüm brendinin layihə üçün yaratdığı iki ətir tamamlayır. Bununla da sərgi yalnız vizual deyil, eyni zamanda eşitmə və qoxu duyğuları ilə qavranılır.

Muzeyin Ənənəvi texnologiya şöbəsində rəssamın eskizləri əsasında toxunan beş yeni xalça ekspozisiyanın mühüm hissəsini təşkil edir. Bu əsərlər müasir obrazın tekstildə ifadə imkanlarını nümayiş etdirərək ənənəvi sənət ilə çağdaş incəsənət arasında məzmunlu dialoq yaradır.

Sərgi çərçivəsində “Analar üçün çiçəklər” əsərinin dörd təcəssümü – rəngkarlıq, xalça, vitraj və rəqəmsal interpretasiya muzeyin daimi kolleksiyasına daxil ediləcək. Bu fakt layihənin institusional və mədəni əhəmiyyətini xüsusi vurğulayır.

Sərgi mayın 15-dək davam edəcək.

Əvvəlki Yazı

Milli Kitabxanada Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş ənənəvi kitab sərgisi açılıb

Növbəti Yazı

Xalqımıza qarşı törədilən bəşəri cinayətlər millətçilik və etnik nifrət üzərində qurulmuş siyasətin nəticəsidir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.