Moldovanın Baş naziri Vasile Tofan Ukraynadan gələn taxıla qarşı qoruyucu tədbirlərin davam etdirilməsinin vacibliyini bildirib.
“Elə qərarlar var ki, qəbul etmək asandır. Elə qərarlar da var ki, istənilən variant müəyyən xərclərlə nəticələnir. Taxıl idxalının lisenziyalaşdırılması onlardan biridir. Növbəti hökumət iclasında taxıl idxalının lisenziyalaşdırılması rejiminin tətbiqini tövsiyə edəcəyik”, – deyə Tofan Facebook-da yazıb Avqustun əvvəlində o, Moldova fermerlərinin idxal məhdudiyyətlərini qorumaq tələblərini “uzaqdan gələn problem” adlandırıb.
Tofan qeyd edib ki, “Tədbirin özü və konkret lisenziyalaşdırma mexanizmi gələn həftə keçiriləcək növbəti hökumət iclasında müzakirə olunacaq. Oxşar mexanizm 2024-2025-ci illərdə də istifadə olunub”.
