İyun 29, 2026-21:31
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Nəzəriyyədən praktikaya: BMU-nun İstilik elmləri və istilik keçiriciliyi laboratoriyası

2026:06:29 - 16:45
in SOSİAL
A A

Bakı Mühəndislik Universitetinin (BMU) Mexanika mühəndisliyi laboratoriyaları tələbələrin nəzəri biliklərini praktiki bacarıqlarla möhkəmləndirməsi üçün müasir avadanlıqlarla təchiz edilib. Bu laboratoriyalar arasında İstilik elmləri və istilik keçiriciliyi laboratoriyası tələbələrə termodinamika və istilik ötürülməsi proseslərini praktiki şəkildə öyrənmək imkanı təqdim edir.

BMU-dan AZƏRTAC-a bildirilib ki, laboratoriyada tələbələr buxardan elektrik enerjisinin alınması, soyutma sistemlərinin iş prinsipi və istilik proseslərini təcrübələr vasitəsilə mənimsəyirlər. Təcrübələr zamanı nəzəri biliklər praktik nəticələrlə müqayisə edilir, ölçmə xətalarının səbəbləri təhlil olunur. Bütün avadanlıqlar kompüterə inteqrasiya olunduğundan nəticələr xüsusi proqram təminatı vasitəsilə qrafik formada izlənilir.

Laboratoriyada “Gunt” və “Deneysan” şirkətlərinin istehsalı olan avadanlıqlardan istifadə edilir. Bu avadanlıqlardan biri – qazların hal dəyişmə qurğusu izotermik və izoxorik prosesləri öyrənmək, qazın təzyiqi, temperaturu və həcmi arasındakı əlaqəni müşahidə etmək üçün nəzərdə tutulub. Qurğu vasitəsilə Boyl-Mariott və Şarl qanunları təcrübi şəkildə yoxlanılır, rəqəmsal displeylər vasitəsilə real vaxt rejimində ölçmələr aparılır. Burada qazanılan biliklər kompressor və pnevmatik sistemlərdə, qaz çənlərinin istehsalında, daxiliyanma mühərrikləri və turbinlərdə tətbiq olunur.

Temperatur ölçmə əsasları qurğusu isə müxtəlif temperatur sensorlarının və ölçmə üsullarının iş prinsipini öyrənməyə imkan verir. Qurğuda elektron və mexaniki cihazlar müqayisəli şəkildə sınaqdan keçirilir. Tələbələr sensorların həssaslığını, ölçmə xətalarını və cihazların göstəricilərini təhlil edirlər. Bu biliklər qida, əczaçılıq, neft-kimya, metallurgiya, avtomatlaşdırma və SCADA sistemlərində geniş tətbiq edilir.

Kompressorlu sistem qurğusu soyutma dövrəsi və istilik nasosunun iş prinsipini nümayiş etdirir. Qurğuda kompressor, kondensator, genişlənmə klapanı və buxarlandırıcının fəaliyyəti, həmçinin soyuducu agentin qapalı dövrədə hal dəyişmələri müşahidə olunur. Sensorlar vasitəsilə temperatur və təzyiq göstəriciləri izlənilir, tələbələr ölçmə nəticələrini emal edir, qrafiklər qurur və hesabat hazırlayırlar. Əldə olunan biliklər istilik və soyutma sistemlərinin layihələndirilməsi, sənaye proseslərinin optimallaşdırılması, reaktorların temperatur rejiminin idarə olunması və avtomobil mühərriklərinin soyutma sistemlərində tətbiq edilir.

Əvvəlki Yazı

1826-cı il hadisələri yeni elmi yanaşmalarla araşdırılır – GDU-da respublika elmi konfransı

Növbəti Yazı

“Türk Dünyası Həftəsi” türk xalqlarının mənəvi birliyinin önəmini bir daha təsdiqləyir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.