Aprel 24, 2026-16:58
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

“Nağaranın yaddaşı” layihəsi – ustad sənətkarların irsi yaşadılır

2026:04:24 - 14:50
in MƏDƏNİYYƏT
A A

Nağara ifaçısı, respublika və beynəlxalq müsabiqələr laureatı, pedaqoq, “Üzeyir Hacıbəyli” mükafatı laureatı Cəfər Həsənovun müəllifi olduğu “Nağaranın yaddaşı” layihəsi çərçivəsində nağara sənətində əvəzsiz xidmətləri olan, bu sənətə adlarını qızıl hərflərlə yazmış ustad ifaçılar haqqında sənədli filmlər tamaşaçılara təqdim ediləcək.

AZƏRTAC xəbər verir ki, layihənin ilk sənədli filmi nağara aləti sahəsində ilk dəfə Respublikanın Əməkdar artisti fəxri adına layiq görülmüş, virtuoz sənətkar, ustad ifaçı və pedaqoq Çingiz Mehdiyevə həsr olunub.

Sənədli filmdə ustad sənətkarın həyat və yaradıcılığı barədə geniş məlumatlar, arxiv foto və videomateriallar yer alıb. Hazırda layihə çərçivəsində ikinci sənədli filmin montaj prosesi davam edir və yaxın günlərdə ustad ifaçı və pedaqoq Şirzad Həsənov haqqında növbəti ekran işi təqdim olunacaq.

Layihənin növbəti mərhələlərində isə Böyükağa Muradov, Səlim Quliyev, Azər Əliyev, Zöhrab Məmmədov, Hüseynqulu Abdullayev, Almazxan Quliyev, Elşən Qasımov və digər tanınmış ustadlar haqqında sənədli filmlərin çəkilişi nəzərdə tutulur.

“Nağaranın yaddaşı” layihəsinin əsas məqsədi bu sahədə böyük xidmətləri olan ustad sənətkarların irsini yaşatmaq və onları gələcək nəsillərə tanıtmaqdır.

Qeyd edək ki, layihənin montaj rejissoru Davud Qədiroğlu, mətn müəllifi Cəfər Həsənovdur. Mətnlərin səsləndirilməsi Hüseynağa Aslanov tərəfindən həyata keçirilir.

Əvvəlki Yazı

Qarabağda Ermənistan silahlıları tərəfindən minlərlə tarixi-dini abidə dağıdılıb

Növbəti Yazı

Gənclər Kitabxanasında Xaqani Şirvaninin 900 illiyi ilə bağlı tədbirlər davam edir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.