Avqust 7, 2026-17:26
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Naxçıvan Dövlət Milli Dram Teatrı 144-cü mövsümə hazırlaşır

2026:07:29 - 18:00
in MƏDƏNİYYƏT
A A

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı 144-cü teatr mövsümünün açılışına hazırlaşır.

Teatrdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 1883-cü ildən fəaliyyət göstərən sənət ocağı yeni mövsümdə də rəsmi tərəfdaşlıqlar, premyeralar və beynəlxalq layihələrlə teatrsevərlərin qarşısına çıxır.

Mövsümün açılış mərasimində Naxçıvan Dövlət Milli Dram Teatrı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı arasında rəsmi əməkdaşlıq sazişi imzalanacaq. Bu sənəd iki böyük səhnə arasında təcrübə mübadiləsi və birgə layihələr üçün yeni imkanlar açır. Tədbirin bədii hissəsində teatrın truppası Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu” əsərini təqdim edəcək. Səhnə əsərində mistik və mənəvi-əxlaqi motivlər müasir teatr yanaşması ilə sintez olunub.

Saziş çərçivəsində teatrın Bakıya qastrol səfəri də planlaşdırılır. Dahi dramaturq Hüseyn Cavidin anadan olmasının 144-cü ildönümü münasibətilə Naxçıvan teatrı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində ədibin ölməz “Ana” dramını nümayiş etdirəcək. Bu səfər Cavid irsinə ehtiram və paytaxt tamaşaçıları üçün mühüm mədəniyyət hadisəsidir. Milli dramaturgiya ilə yanaşı, repertuarda dünya klassikasına da xüsusi yer verilir.

İlin sonunadək antik dövrün paslanmaz nümunəsi – Sofoklun “Tiran Edip” faciəsinin təhvil verilməsi nəzərdə tutulur. Eyni zamanda, teatrın mövsüm ərzində bir sıra beynəlxalq teatr festivallarında iştirakı da gündəlikdədir. Sənət ocağı fəaliyyət proqramını “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası strategiyasına uyğun qurur. Bu çərçivədə teatr idarəçiliyində rəqəmsallaşma, gənc rejissor və aktyorların dəstəklənməsi, eləcə də teatrın inklüzivliyinin artırılması istiqamətində işlər davam etdirilir.

Əvvəlki Yazı

Prezident İlham Əliyevin Almaniya səfəri Avropa İttifaqı ilə yeni tərəfdaşlıq modelini təsdiqlədi

Növbəti Yazı

Madrid meşə yanğınları səbəbindən Aİ-nin həmrəylik fondundan istifadəni istəyib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.