Avqust 18, 2026-9:01
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Nazir: Bakı Arbitraj Mərkəzinin yaradılması Azərbaycanın hüquq sisteminin beynəlxalq arenaya inteqrasiyası istiqamətində mühüm addımdır

2025:10:24 - 15:18
in SİYASƏT
A A

Qlobal miqyasda və regional səviyyədə tanınacaq beynəlxalq mübahisələrin həlli üzrə mərkəzin yaradılmasının şahidi oluruq.

AZƏRTAC xəbər verir ki, bunu ədliyyə naziri Fərid Əhmədov Bakı Arbitraj Mərkəzinin açılışına həsr olunmuş beynəlxalq tədbirdə çıxışı zamanı bildirib

Nazir deyib ki, hər bir biznes fəaliyyəti kimi iqtisadi canlanma da müəyyən mübahisələrin yaranmasına gətirib çıxarır: “Biz maliyyə axınlarını idarə etməkdə kifayət qədər bacarıqlı olsaq da, mübahisələrin həlli sahəsində uzun müddət təcrübə və müvafiq bilik çatışmazlığı ilə üzləşmişik. Müstəqilliyin ilk illərində hüquqşünaslarımızın əksəriyyəti Sovet İttifaqında təhsil almışdı və alternativ mübahisə həlli xüsusilə arbitraj kimi anlayışlar onlara, demək olar ki, tamamilə yad idi. Lakin nisbətən qısa bir zaman ərzində bu sahədə nəzərəçarpacaq inkişaf baş verib. Artıq bizdə beynəlxalq arbitraj proseslərinə dərindən bələd olan, bu sahədə ixtisaslaşmış yeni nəsil gənc hüquqşünaslar formalaşıb. Onlar təkcə beynəlxalq arbitraj məhkəmələrində iş aparmaq bacarığına malik deyillər, eyni zamanda, müxtəlif arbitraj panellərində arbitr kimi fəaliyyət göstərmək imkanına da sahibdirlər. Bu inkişaf, şübhəsiz ki, ölkəmiz üçün çox müsbət və sevindirici göstəricidir. Bu gün keçirilən tədbir həmin inkişafın bariz təcəssümüdür. Belə bir mərkəzin yaradılması Azərbaycanın hüquq sisteminin beynəlxalq arenaya inteqrasiyası və ədalətli mübahisə həlli mexanizmlərinin qurulması istiqamətində mühüm addımdır”, – deyə Fərid Əhmədov qeyd edib.

Əvvəlki Yazı

Musa Quliyev: Süni intellektin daha geniş tətbiqi üçün möhkəm qanunvericilik bazasının yaradılmasına ciddi zərurət var

Növbəti Yazı

Növbəti köç karvanı mənzil başına çatdı, açarlar təqdim olundu

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.