Xocalı rayonunun Seyidbəyli və Daşbulaq kəndinə çatan ailələrə mənzillərin açarlar təqdim olunub.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak edib.
Seyidbəyli və Daşbulaq kəndlərində sakinlərin normal yaşayış səviyyəsinin təmin olunması üçün bütün zəruri tədbirlər görülüb. Evlər müasir tələblər səviyyəsində bərpa edilib.
