İyun 5, 2026-21:10
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Nazir müavini: Xəzərin səviyyəsinin azalması beynəlxalq gündəmdə daha çox yer tutur

2026:06:05 - 17:00
in SOSİAL
A A
Son illərdə Xəzər dənizinin səviyyəsinin azalması beynəlxalq gündəmdə daha çox yer tutmağa başlayıb.

“Report” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev Ümumdünya Ətraf Mühit Günü (WED) çərçivəsində keçirilən “Xəzər dənizi dönüş nöqtəsində: dəniz səviyyəsinin azalması və regional fəaliyyət üzrə elm-siyasət dialoqu” adlı sessiyada deyib.

Onun sözlərinə görə, Ümumdünya Ətraf Mühit Günü bir daha xatırladır ki, təbiətin qorunması hamının ortaq məsuliyyətidir:

“Bu tədbir elm, siyasət və cəmiyyət arasında əməkdaşlığı gücləndirmək üçün yaxşı imkandır. Bu gün müzakirə etdiyimiz məsələ regionumuz üçün xüsusi əhəmiyyət daşıyır. Son illər Xəzər dənizində müşahidə olunan səviyyə azalması ciddi narahatlıq doğurur. Bunun təsirləri artıq sahil ekosistemlərində, iqtisadi fəaliyyətlərdə və yerli icmaların həyatında hiss olunur”.

Nazir müavini qeyd edib ki, Xəzər dənizində səviyyə azalmasının səbəbləri ilə bağlı araşdırmalar davam edir:

“İqlim dəyişiklikləri, çay axınları, hidroloji proseslər və su istifadəsi kimi amillərin təsiri öyrənilir. Bu məsələlərə dair müxtəlif elmi yanaşmalar mövcuddur və tədqiqatlar davam etdikcə biliklərimiz genişlənir”.

Nazir müavini əlavə edib ki, Xəzər dənizinin səviyyəsinin azalması ilə bağlı ikitərəfli ekspert işçi qrupları yaradılıb: “Bu platformalar məlumat və təcrübə mübadiləsinə, elmi əməkdaşlığın inkişafına xidmət edir. Qarşıdakı dövrdə elmi araşdırmaların, müşahidələrin və məlumat mübadiləsinin gücləndirilməsi, həmçinin Xəzəryanı dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır”.

O, Azərbaycanın bundan sonra da Xəzərlə bağlı məsələlərdə dialoqu, əməkdaşlığı və birgə fəaliyyəti dəstəkləyəcəyini vurğulayıb:

“İnanırıq ki, elmə əsaslanan yanaşma və qarşılıqlı etimad Xəzərin gələcəyi ilə bağlı ortaq həllərin tapılmasına kömək edəcək”.

Əvvəlki Yazı

Monqolustan Prezidenti Azərbaycan liderini təbrik edib

Növbəti Yazı

Gülşən Paşayeva: Azərbaycanın strategiyasının iqtisadi mahiyyəti nəqliyyat dəhlizlərinin inteqrasiyasıdır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.