NBC News mənbələrə istinadən xəbər verir ki , ABŞ prezidenti Donald Tramp köməkçiləri və Respublikaçılar Partiyasının rəsmiləri ilə İranda quru əməliyyatı ehtimalını gizli şəkildə müzakirə edib.
Onun məlumatına görə, söhbətlər zamanı o, həmçinin İranın yeni hakimiyyətinin Venesuela ilə eyni mexanizmdən istifadə edərək neft hasilatı məsələsində ABŞ ilə əməkdaşlıq edə biləcəyi fikrini bildirib.
Kanal qeyd edir ki, Amerika liderinin hərbi əməliyyatla bağlı açıqlamaları müəyyən strateji məqsədlərə xidmət edən kiçik bir hərbi kontingent ideyasına yönəlib. Orada vurğulanır ki, Ağ Ev rəhbəri hələlik bu məsələ ilə bağlı yekun qərar verməyib və ya heç bir əmr verməyib.
Ağ Ev NBC News-un xəbərini təkzib etdi. Telekanal Ağ Evin mətbuat katibi Kerolin Livittin sözlərinə istinadən bildirib ki, “Bu xəbər Trampın milli təhlükəsizlik qrupunun üzvü olmayan və müzakirələrlə açıq-aydın tanış olmayan anonim mənbələrdən gələn fərziyyələrə əsaslanır”.
