ABŞ müdafiə naziri Pit Heqset Rusiyanın İranla kəşfiyyat məlumatları paylaşması ilə bağlı iddialardan narahat olmadığını bildirib. O, bunu CBS News-a verdiyi müsahibədə bildirib.
Ondan “The Washington Post” qəzetində dərc olunmuş məqalə və bunun ABŞ Silahlı Qüvvələrini daha da təhlükə altına ala biləcəyi barədə şərh verməsi istənilib. “Heç kim bizi təhlükəyə atmır. Biz başqalarını təhlükəyə atırıq: bu, bizim işimizdir. Bu səbəbdən biz bu barədə narahat deyilik. Lazım gələrsə, riskləri minimuma endiririk. Komandirlərimiz bütün bunları nəzərə alırlar. Lakin hazırda narahat olmalı olan yeganə insanlar sağ qalacaqlarını düşünən iranlılardır”, – deyə Pentaqon rəhbəri cavab verib.
