Oval kabinetdə keçirilən görüş zamanı ABŞ prezidenti Donald Tramp Ukraynanın pərəstişkarı olmadığını bildirib və yalnız ukraynalı qadınlar üçün istisna yaradıb. Bu barədə ” The New York Times” qəzeti jurnalistlər Meqqi Haberman və Conatan Svanın “Rejim Dəyişikliyi: Donald Trampın İmperial Prezidentliyinin İçində” kitabından parçalara istinadən məlumat yayıb.
Nəşr Trampın sözlərini sitat gətirir: “Mən Ukraynanın böyük fanatı deyiləm. Qadınlarından başqa. Onlar həmişə “Kainat Gözəli” müsabiqəsində qalib gəlirlər”. Kitabın müəlliflərinə görə, bu açıqlama Ağ Evdə keçirilən personal müzakirəsi zamanı verilib.
