Avropa İttifaqının Çinlə ticarət kəsiri 2025-ci ildə rekord həddə – 360 milyard avroya çatıb və Avropa Komissiyası “təhlükəli asılılıq risklərini azaltmaq” üçün bir sıra ticarət tədbirləri hazırlamağa başlayır. Bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Aİ sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.
“Son beş ildə Çinin Aİ-yə idxalı 45% artıb. Keçən il onlar görünməmiş 360 milyard avroya çatıblar – bu, gündə 1 milyard avro deməkdir”, – fon der Leyen bildirib.
Aİ sammiti Avropa Komissiyasına “rəqabət meydançasını bərabərləşdirmək və təhlükəli asılılıq risklərini azaltmaq üçün bir sıra əks tədbirlər hazırlamaq” tapşırığı verdi. Bu o deməkdir ki, Avropa Komissiyası yeni rüsumlar və digər antidempinq tədbirləri tətbiq etməyə hazırdır.
