Pakistanın Baş naziri Şahbaz Şərif və İran prezidenti Məsud Pezeşkyan Yaxın Şərqdə sülhün bərqərar olması səylərini müzakirə ediblər. Bu barədə Pakistan Baş nazirinin ofisi məlumat verib.
Bəyanatda deyilir: “50 dəqiqə davam edən isti və səmimi söhbət zamanı iki lider mövcud regional vəziyyət və bölgədə sülhün və sabitliyin möhkəmləndirilməsi üçün göstərilən səylər barədə ətraflı fikir mübadiləsi aparıblar”.
Ofisdən qeyd edilib ki, Şərif “11-12 aprel 2026-cı il tarixlərində İslamabadda keçirilən danışıqlarda yüksək vəzifəli İran nümayəndə heyətinin iştirakını yüksək qiymətləndirib”. (Tass)
