İyul 15, 2026-19:06
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

Paşatəpə qədim yaşayış məskənində sənətkarlıq məhəlləsi aşkar edilib

2026:07:14 - 11:59
in GÜNDƏM
A A

Cəlilabad rayonunun Cəfərxanlı kəndi ərazisində yerləşən Paşatəpə qədim yaşayış məskənində aparılan arxeoloji qazıntılar zamanı yeni elmi əhəmiyyətli tapıntılar əldə olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, artıq beş ilə yaxındır davam edən arxeoloji tədqiqatların bu mövsümündə əvvəlki illərlə müqayisədə daha mükəmməl konstruksiyaya malik dulus sobası aşkarlanıb. Arxeoloqların qənaətinə görə, bu tapıntı Paşatəpənin qədim Neolit dövrünə aid sənətkarlıq məhəlləsi olduğunu təsdiqləyən mühüm faktlardan biridir.

Arxeoloji ekspedisiyanın rəhbəri, tarix elmləri doktoru Vəfa Mahmudova bildirib ki, qazıntılar zamanı daş əmək alətləri, əkinçilikdə istifadə edildiyi ehtimal olunan tam vəziyyətdə maral buynuzu, eləcə də digər qiymətli arxeoloji nümunələr də aşkarlanıb. Abidədə aparılan arxeoloji qazıntılar nəticəsində əldə olunan materiallar göstərir ki, burada keramikalı neolitin ilkin mərhələsindən etibarən inkişaf etmiş mərhələsinədək uzanan yaşayış prosesi öz əksini tapıb. Bundan başqa, Paşatəpə yaşayış yerində daxili səthi qara boya ilə işlənmiş bir neçə keramika fraqmenti də aşkar edilib. Naxışlar enli həndəsi xətlərdən ibarətdir və qabların daxili səthində yerləşir. Bu tapıntılar yaşayış yerində boyalı keramika ənənəsinin mövcudluğunu ehtimal etməyə əsas verir.

Tapıntılar üzərində aparılacaq laborator və elmi tədqiqatlar Paşatəpədə yaşamış insanların təsərrüfat həyatı, əkinçilik ənənələri və sənətkarlıq fəaliyyəti barədə daha dolğun məlumat əldə edilməsinə imkan verəcək.

Qeyd edək ki, Paşatəpə qədim yaşayış məskəni Azərbaycanın Neolit dövrü tarixinin öyrənilməsi baxımından mühüm arxeoloji abidələrdən biri hesab olunur və burada aparılan qazıntılar Cənubi Qafqazın erkən əkinçilik mədəniyyətinin tədqiqi üçün xüsusi əhəmiyyət daşıyır.

Əvvəlki Yazı

“Sərt gözəllik” sənədli filminin çəkilişləri yekunlaşmaq üzrədir

Növbəti Yazı

Balakən DAİM-in rəsmisi: Məqsəd taxılçılıqda məhsuldarlığı 50 sentnerə çatdırmaqdır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.