Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, 28 iyulda telefon danışığı zamanı Rusiya Prezidenti Vladimir Putin onu 7 iyunda keçirilən parlament seçkilərində qələbəsi münasibətilə təbrik etməyib.
“Xeyr, o məni təbrik etmədi”, – deyib.
Putin və Paşinyan arasında telefon danışığı Yerevanın təşəbbüsü ilə baş tutub. Söhbətdən sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov tərəflərin ikitərəfli iqtisadi münasibətlər barədə fikir mübadiləsi apardığını bildirib. (Tass)
