Rusiya prezidenti Vladimir Putin şənbə günü ABŞ prezidenti Donald Trampla telefon danışığında İranın nüvə materiallarının gələcəyi ilə bağlı heç bir yeni təklif irəli sürməyib. Bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov TASS-a bildirib.
Kremlin sözçüsü iyulun 4-də Putinin İranın nüvə materialları ilə bağlı hər hansı yeni təklif təqdim edib-etməməsi ilə bağlı suala cavab olaraq bildirib ki, “Xeyr, biz heç bir yeni elementə toxunmadıq”.
