Vladimir Zelenskinin Rusiya lideri Vladimir Putinlə görüşmək üçün Moskvaya getməyəcəyi barədə açıqlaması yeni bir şey deyil; Rusiya prezidentinin mümkün görüşün yeri ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. Bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Kremlin sözçüsü Rusiyanın belə bir görüşün yalnız Moskvada keçirilməsi ilə bağlı şərtlərinin qüvvədə qalıb-qalmadığı ilə bağlı suala cavab olaraq bildirib ki, “Bəli, Putinin mövqeyi hər kəsə yaxşı məlumdur”.
“Amma bu, [Moskvaya gəlməkdən imtina etməklə bağlı] yeni bir açıqlama deyil. Zelenski bunu artıq bir neçə dəfə bildirib. Buna görə də burada yeni bir şey yoxdur”, – deyə Peskov qeyd edib. (Tass)
