Rusiya tərəfi ümid edir ki, ABŞ prezidenti Donald Tramp hələ də Ukrayna münaqişəsinin həllinə kömək etməyə hazırdır, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Əlbəttə, biz səmimi ümid edirik ki, prezident Tramp hələ də Ukrayna probleminin siyasi və diplomatik yolla həllinə yardım etmək istəyir”, – Peskov CNN telekanalına müsahibəsində deyib. (Tass)
