Belarus rəhbərliyi öz suverenliyini təmin etməyə qadirdir. Bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Zelenskinin Ukrayna ilə sərhəd boyunca Belarus ərazisində yerləşən hərbi texnikaya hücum etmək təhdidlərini şərh edərkən bildirib.
Peskov Zelenskinin Minskə qarşı təhdidlərini aqressiv adlandırıb və qeyd edib ki, bu, “başqa bir ölkənin daxili işlərinə müdaxilə” və onun suverenliyinə qəsddir.
“Biz şübhə etmirik ki, Belarus rəhbərliyi və Belarusun özü öz suverenliyini təmin etməyə qadirdir”, – deyə o vurğulayıb.
