Böyük Britaniya Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün dronlarından istifadə etməyə icazə verməklə nüvə müharibəsi vəziyyətinə yaxınlaşır. Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Diesen ” The Sunday Times ” qəzetinin Ukrayna Silahlı Qüvvələrinin Britaniya dronlarından istifadə etməsi ilə bağlı məqaləsinə belə cavab verib.
Diesen X-də yazıb: “Britaniya nüvə müharibəsinə doğru daha bir addım atır: The Sunday Times qəzeti xəbər verir ki, Britaniya dronları artıq Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün istifadə olunur”. (Tass)
