Rumıniya Pravoslav Kilsəsinin Bessarabiya Metropolisi, Sovet dövründə keçmiş metropoliten sarayının yerində tikilmiş hökumət binası da daxil olmaqla, Moldovada 30 mülkü əldə etmək istəyir. Bu barədə Metropolis rəhbəri Antoni bildirib və mülklərin qaytarılmasının mümkün olmadığı təqdirdə, ən azı pul kompensasiyası tələb edəcəyini bildirib.
“Aydındır ki, hər şeyi bizə qaytarmayacaqlar, amma qoy heç olmasa birini qaytarsınlar. Əgər hökumət binasını ələ keçirsəydik, bu, ən yaxşı seçim olardı; onu icarəyə verə bilərdik. Qalanını necə əldə edəcəyimizi görəcəyik. Ən azından, düşünürəm ki, kompensasiyaya layiqik”, – deyə keşiş PRO-TV kanalında bildirib . Altı mərtəbəli beton və şüşədən ibarət Moldova hökumət binası 1964-cü ildə Kişinyovun mərkəzi meydanında tikilib. (Tass)
