Polşa Müdafiə Nazirliyi son üç ildə dronların və anti-dron sistemlərinin istehsalı və alınmasına xərcləri 250 dəfə artırıb. Müdafiə nazirinin müavini Sezari Tomçik bu barədə Poznanda bildirib.
Defence24 internet portalı Tomçikin sözlərinə istinadən bildirir ki, “2023-cü ildə Polşa dron sistemlərinə təxminən 100 milyon zlotı (təxminən 27,7 milyon dollar) xərcləyib, lakin artıq 2026-cı ildə, həmçinin SAFE proqramının vəsaiti sayəsində ölkəmiz üçün dronlar və dron əleyhinə sistemlər üzrə 25 milyard zlotı (təxminən 6,9 milyard dollar) dəyərində müqavilələr bağlayacağıq .
Nazir müavini izah etdi ki, Rusiya və Belarusla sərhədlərdə anti-dron sistemlərinin yerləşdirilməsi planlaşdırılır, Polşa ordusu üçün isə kütləvi şəkildə hücum və kəşfiyyat dronları alınır. (Tass)
