NATO hələlik ABŞ-ın xahişi ilə Hörmüz boğazına gəmilərin göndərilməsini müzakirə etməyib. Polşa xarici işlər naziri Radoslav Sikorski bunu Brüsseldə keçiriləcək Aİ xarici işlər nazirlərinin görüşündən əvvəl açıqlayıb.
Sikorski mətbuata yaxınlaşarkən jurnalistin bu məsələ ilə bağlı sualını cavablandırarkən “Bildiyim qədəri ilə belə bir prosedur hələ başlamayıb. Əgər belə bir sorğu alınarsa, NATO müttəfiqlərini dəstəkləməyi nəzərdən keçirəcək”, – deyə nazir əlavə edib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl Hörmüz boğazından neft idxal edən ölkələrin hərbi gəmiləri göndərməklə gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsində iştirak etməli olduqlarını bildirmişdi. (Tass)
