İyul 30, 2026-16:37
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

Professor: Ekoloji dözümlülüyə malik tut ipəkqurdu cinslərinin yaradılması barama istehsalının səmərəliliyini artırır

2026:07:28 - 12:32
in GÜNDƏM
A A

Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda yüksək məhsuldarlığa malik tut ipəkqurdu cinsləri ilə bağlı tədqiqat aparılıb. Araşdırmalar nəticəsində yerli şəraitə uyğunlaşmış, yüksək ekoloji dözümlülüyə malik yeni tut ipəkqurdu cinsi alınıb.

Genetik Ehtiyatlar İnstitutunun Kənd təsərrüfatı heyvanlarının genetik ehtiyatları şöbəsinin müdiri AMEA-nın müxbir üzvü, professor Saleh Məhərrəmov AZƏRTAC-a müsahibəsində bildirib ki, tədqiqatların əsas məqsədi yüksək məhsuldarlığa malik, əlverişsiz iqlim şəraitinə davamlı tut ipəkqurdu cinslərinin müəyyənləşdirilməsi, onların istehsalatda tətbiqi imkanlarının qiymətləndirilməsi olub.

Professorun sözlərinə görə, iqlim dəyişiklikləri və əlverişsiz təbii şərait kənd təsərrüfatında istifadə olunan yüksək məhsuldar cinslərin saxlanılmasında müəyyən çətinliklər yaradır. Bu baxımdan xaricdən gətirilmiş cinslərin yerli genetik ehtiyatlarla hibridləşdirilməsi və yeni məhsuldar, davamlı formaların yaradılması mühüm elmi-praktik əhəmiyyət daşıyır.

Tədqiqat zamanı xaricdən gətirilərək yerli şəraitə adaptasiya edilmiş Oro, Siçuan, Yapon yaşıl, Çin hibridi, Türkiyədən gətirilmiş Türk hibridi, eləcə də onların çarpazlaşdırılmasından alınmış yeni cins formalar öyrənilib. Cins və hibridlərin morfoloji, bioloji və məhsuldarlıq göstəriciləri qiymətləndirilib, yüksək göstəricilərə malik formalar seçilib. Kənd təsərrüfatı heyvanlarının genetik ehtiyatları şöbəsinin apardığı tədqiqat nəticəsində yüksək məhsuldarlığı və ekoloji dözümlülüyə malik Atlaz cinsi alınıb. Bu cinsin təsərrüfat şəraitində yetişdirilməsi imkanları, bioloji xüsusiyyətləri və iqtisadi səmərəliliyi qiymətləndirilib.

Müəyyən edilib ki, Atlaz cinsində qurdun inkişaf müddəti 24 gün, yaşama qabiliyyəti 95 faiz, bir baramanın kütləsi 2,06 qram, barama pərdəsinin kütləsi 496 mq, ipəklilik göstəricisi 24,36 faiz, məhsuldarlıq isə 37,99 kiloqram təşkil edib. Türk hibridi × Atlaz hibridində isə baramanın kütləsi 2,08 qram, yaşama qabiliyyəti 95 faiz olub. Araşdırmalar çərçivəsində Atlaz cinsinin iqtisadi səmərəliliyi respublikada istifadə olunan Çin hibridi ilə müqayisəli şəkildə öyrənilib. Hesablamalara əsasən, Atlaz cinsi 1 standart qutu (20 min ədəd) qrenadan Çin hibridi ilə müqayisədə 9,32 kiloqram əlavə yaş barama məhsulu verib. Aparılan iqtisadi qiymətləndirməyə görə, 1 kiloqram diri baramanın satınalma qiyməti 11 manat hesablanmaqla, Atlaz cinsi Çin hibridinə nisbətən 1 standart qutu qrenadan 102,52 manat əlavə xalis gəlir təmin edib. Tədqiqatın nəticələri göstərir ki, yüksək ekoloji dözümlülüyə malik tut ipəkqurdu cinslərinin yaradılması və təsərrüfatlarda geniş tətbiqi barama istehsalının səmərəliliyinin yüksəldilməsinə, istehsalçıların gəlirlərinin artırılmasına və ölkədə ipəkçiliyin inkişafına mühüm imkanlar yaradır.

Genetik Ehtiyatlar İnstitutunda bu istiqamətdə aparılan tədqiqatlar aqrar sahədə yerli genetik resursların qorunması və səmərəli istifadəsi, eləcə də rəqabətqabiliyyətli məhsul istehsalının təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Əvvəlki Yazı

BMU tələbəsi: Koreyada təhsil müddətində texnologiya şirkətləri və mütəxəssislərlə əlaqələr qurmağı planlaşdırıram

Növbəti Yazı

ADU-da Çin Xalq Azadlıq Ordusunun yaradılmasının ildönümü qeyd edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.