ABŞ prezidenti Donald Tramp Ukrayna böhranının həllinin bu qədər çətin olacağını gözləmirdi. Bunu Rusiya prezidenti Vladimir Putin TASS tərəfindən aparıcı beynəlxalq xəbər agentliklərinin rəhbərləri ilə təşkil olunmuş görüşdə bildirib.
“O, [Tramp] özü də [Ukrayna böhranının həlli zərurəti barədə] açıq şəkildə danışaraq bunun bu qədər çətin olacağını gözləmədiyini söylədi. Həqiqətən də, kənardan bəzi şeylər o qədər də mürəkkəb görünməyə bilər, amma məsələyə dərindən baxanda, problemin dərinliyinə girəndə məlum olur ki, kifayət qədər naməlum amillər var və onlar vacibdir”, – Putin bildirib.
